BLOQ
TƏMİZ XALI FABRİKİ
Bu rubrika xalçaçılıq tarixi, xalçalara qulluq, xalça yuma, yumuşaq mebellərin təmizlənməsi, dəstlərin təmizlənməsi, ümumilikdə isə təmizlik istiqaməti üzrə sizlərə faydalı olacaq maraqlı məlumatları özündə ehtiva etməkdədir.
XALÇAÇILIQ TARİXİ
Xalçaçılıq – kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mü- hüm növlərindən birinə çevrilən sənətdir.
Xalçaçılıq qədim və geniş yayılmış sənət növüdür. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların bəzədilməsindən başlamış, habelə yaşayış evlərinin, sarayların və digər binala- rın divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edərək muzeylərdə saxlanılır. Xalçaçılığa aid ən qədim və qiy- mətli arxeoloji materiallar keçmiş SSRİ-nin ərazisində Dağlıq Altay kurqanla- rındakı daimi buzlaq rayonlarında əldə edilmişdir. Bütöv halda qalmış xalça Pazırık kurqanlarında tapılmışdır və o, hazırda Sankt-Peterburqun Ermitaj muze- yində saxlanılır. Xalçaçılıq Azərbaycanda da ən qədim sənət sahələrindən biridir. Əcdadlarımız bu sənət sahəsi ilə çox qədim zamanlardan məşğul olmağa başla- yıblar.
Xalça toxuculuğundan ilk əvvəl təkcə estetik və dekorativ məqsədlərə deyil, əsasən soyuqdan müdafiənin etibarlı üsulu kimi istifadə edirdilər. Hələ qədim zamanlardan yaxşı toxunmuş xalçaların miqdarı ailənin rifahı və firavanlığı üçün əsas göstəricilərdən hesab olunurdu. Bütün orta əsrlər dövründə əhali vergiləri xalçalarla və xalça məmulatları ilə ödəyirdi. Əhalinin həyat tərzi xalçaçılığın xüsusiyyətlərini də şərtləndirirdi. Baxmayaraq ki, xalça və xalça məmulatları şah və feodal saraylarını, tacir və sənətkar evlərini, maldar çadırlarını, kənd evlərini eyni dərəcədə bəzəyirdilər, onlar ölçülərinə, tiplərinə, funksional xüsusiyyət və keyfiyyətlərinə görə müxtəlifliyi ilə seçilirdilər. Zadəganlar məişətdə böyük, bahalı xovlu xalçalardan, maldarlar isə əsasən daha yüngül xovsuz xalça və xalça məmulatlarından (çuval, məfrəş, heybə və s.) istifadə edirdi.
Mənbə: Wikipedia
DÜNYANIN ƏN QƏDİM XALÇASI
XX əsrin ortalarında Altayda yerli türklərin Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim kurqandan hamını heyrətə salan əşyalar aşkar etdilər. Saqa (skit) boylarına məxsus bu sənət əsərləri içərisində salamat qalmış və rəngini itirməmiş bir xalı da vardı. Bu 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı idi.
Mənbə: Wikipedia
ƏLLƏ TOXUNAN, YUN XALÇALARA QULLUQ
Əgər bir neçə sadə qaydalara əməl edilsə, təbii əl işi olan yun xalçalar yuz ilə qədər və hətta bundan artıq müddət ərzində sizə xidmət edə bilər.
Belə xalçaları rütubəti çox olan otaqlarda saxlamayın və sərməyin. 2-3 ildə bir dəfə xalçanın yerini 90 və ya 180 dərəcə dəyişməyi unutmayın. Belə olduğu halda siz xalçanızı qeyri-bərabər sürtülmədən qoruya bilərsiniz.
Xalçaları bükərkən içərisinə güvəyə qarşı olan hər hansı müasir vasitə qoyun. Naftalindən istifadə etməyin. Naftalin kanserogen (xərçəng əmələ gətirən) maddə sayılır. İstifadə olunmayan xalçaları güvədən qorumaq üçün sadəcə onları vaxtaşırı çırpmaq lazımdır. Güvələr ən çox rulonlara bükülmüş və divardan asılmış xalçalara düşür. Yun xalçaları heç vaxt dəhlizdə salmayın. Burada xalçalar tez çirklənir və onları tez-tez təmizləməyə ehtiyac duyulur.
Yun xalçaların il ərzində iki dəfə yuyulması tövsiyə olunur. Təbii yun xalçaların yuyulması mütləq peşəkar şəraitdə aparılmalıdır ki, onların orjinallığı saxlanılsın. Təmiz Xalı Fabriki 16 illik təcrübəsinə əsaslanaraq müştərilərinə əllə toxunan, yun və qədimi xalçaların proffesional və zəmanətli təmizlənməsini təklif edir.
XALÇALARIN TƏMİZLƏNMƏSİ
Xalçaları adətən çırpmaqla, tozsoranla, süpürgə və ya şotka ilə təmizləyirlər. Nəzərə alın ki, tozsoran yalnız xovun yuxarı hissəsini təmizləyir. Sintetik xalçanı tozsoranla təmizləmədən qabaq, onun üzərinə antistatik vasitə çəkmək lazımdır. Belə olan halda toz xalçanın üzərindən tez təmizlənər.
Yaxşı olar ki, xalçalara qulluq edəndə xalçalar üçün nəzərdə tutulmuş müasir vasitələrdən (şampunlar-dan) istifadə edəsiniz, lakin xalçaları belə vasitələrlə tez-tez təmizləmək tövsiyə edilmir. Həmçinin xalçaları tez-tez yumaq olmaz, xüsusilə də isti su ilə, bu halda xalçalar tez köhnəlir və rəngləri solur. Eləcə də xalçaları günün altında qurutmaq olmaz – yalnız kölgədə.
Xalçaların yuyulması zamanı onların orjinallığını və təzəliyini qorumaq üçün yuma prosesinin peşəkarlara həvalə olunması tövsiyə edilir ki, Təmiz Xalı Fabriki 20 illik təcrübəsinə əsaslanaraq sizlərə proffesional və zəmanətli xalça yuma xidmətini təklif edir.
Qışda xalçaları qarla təmizləmək olar. Bunun üçün xalçan üzü yuxarı vəziyyətdə qarın üstünə sərilir, üstünə qar səpilir və süpürgə ilə təmizlənir.